MÜŞAHİDƏ ŞURASININ İLK İCLASI KEÇİRİLDİ

596
0
Share:

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Müşahidə Şurasının 2025-ci il 29 iyul tarixində ilk iclası keçirildi. 

 

Milli Aerokosmik Agentliyinin Müşahidə Şurasının sədri Natiq Cavadovun sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının katibi təyin edilmiş, bununla yanaşı, cari il üçün həyata keçirilməsi nəzərdə tutulan fəaliyyət istiqamətləri, Agentliyin strateji məqsədləri və planları, icra ediləcək tədbir və layihələrə dair ətraflı fikir mübadiləsi aparılmışdır.

İclasda qeyd olunan istiqamətlər və digər məsələlərlə bağlı Müşahidə Şurası üzvlərinin fikirləri dinlənilmiş, Agentliyin inkişaf istiqamətləri sahəsində işlərin aparılması imkanları barədə geniş müzakirələr aparılmış və müvafiq qərarlar qəbul edilmişdir.

Share: