YARANMA TARIXI
Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutu (ETAİİ) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.02.1991-ci il tarixli 09 saylı qərarı ilə Azərbaycan Dövlət Neft Akademiyasının “Məsafədən zondlamanın fiziki əsasları” laboratoriyası və Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyinin (KT EİB) “Tusi” Kompüter Mərkəzinin bazası əsasında yaradılmış, 2006-cı ildə isə Milli Aerokosmik Agentliyinin (MAKA) tərkibində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir.
ELMİ-TƏDQİQAT AEROKOSMİK İNFORMATİKA İNSTİTUTUNUN (ETAİİ) RƏHBƏRLİYİ
- Direktor – texnika və filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Əməkdar Müəllimi, Azərbaycan Respublikasının Fəxri Mədəniyyət İşçisi Elçin Barat oğlu İsgəndərzadə.
- Elmi işlər üzrə direktor müavini – coğrafiya elmləri üzrə fəlsəfə doktoru, Rövşən Həsən oğlu Ramazanov.
- Direktor müavini (texniki işləmələr üzrə) – Asif Vasif oğlu Ramazavov.
STRUKTUR BÖLMƏLƏRİ:
- Kosmik təsvirlərin emalı və elektron xəritələşmə şöbəsi;
- Coğrafi informasiya sistemləri texnologiyaları şöbəsi;
- İnnovasiya texnologiyaları və aerokosmik informasiya sistemləri şöbəsi;
- Alternativ energetika şöbəsi;
- Süni intellekt sistemləri şöbəsi;
- Funksional çeviricilər şöbəsi;
- Atmosfer parametrlərinin informasiya-ölçmə sistemləri şöbəsi;
- Strateji texnologiyaların layihələndirilməsi və tətbiqi şöbəsi;
- Optik-elektron sistemlərin yaradılması şöbəsi
- Xüsusi təyinatlı məmulatların yaradılması və istehsalı şöbəsi
- Texnoloji proseslər və kompleks sistemlər şöbəsi
- Fiziki tədqiqatlar və mexaniki-iqlim sınaqları şöbəsi
REGİONAL BÖLMƏLƏRİ:
- Geoməkan strukturunun məlumat bazası (Gəncə) şöbəsi;
- Strateji və poliqon-tədqiqatlar (Nabran) şöbəsi.
ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ:
- Məsafədən zondlamanın nəzəri məsələləri;
- Aerokosmik informasiyanın emalı;
- Elektron xəritələşdirmə;
- Alternativ enerji mənbələrinin yaradılması;
- Süni intellektin tətbiqi;
- İnnovasiya texnologiyalarının tətbiqi;
- Xüsusi təyinatlı məmulatların layihələndirilməsi;
- Kosmik təsvirlər və CİS texnologiyaları əsasında infrastruktur obyektlərinin inkişaf dinamikasının qiymətləndirilməsi, neftlə çirklənmiş ərazilərin monitorinqi, əkin sahələrinin təsnifatlaşdırılması və xəritələşdirilməsi;
- Peyk verilənləri əsasında Səbail rayonunun sürüşmə riskli ərazilərinin xəritələşdirilməsi;
- Səhralaşma proseslərinin və əkinəyararlı torpaq sahələrinin kosmik təsvirlər əsasında qiymətləndirilməsi və kartoqrafiq təqdimatı;
- Məsafədən zondlama verilənləri əsasında bərk tullantılarla çirkləndirilmiş su obyektlərinin tədqiqi və xəritələşdirilməsi;
- Neft sənayesində texnoloji proseslərə nəzarətin avtomatlaşdırılmasında süni intellekt sistemlərinin tətbiqi;
- Neft quyularının teledinamometrik sistemlərinin xətalarının aradan qaldırılması üsullarının işlənilməsi;
- Dənizin neft və neft məhsulları ilə çirklənmə məsələlərinin həllində məsafədən zondlama modellərinin işlənilməsi;
- Məsafədən zondlamada pilotsuz uçuş aparatlarının tətbiqi.
“Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə:
- Azərbaycanın nazirlik, dövlət komitəsi və şirkətlərinin fəaliyyət dairələrində formalaşmış məkan məlumatlarının mübadilə sisteminin fəaliyyət strukturunun işlənilməsi;
- Regional torpaq ehtiyatlarının məhsuldarlıq göstəriciləri indeksinə görə məkan məlumatları infrastrukturunda formalaşdırılması modelinin işlənilməsi;
- Abşeron yarımadasının yaşayış və sənaye obyektlərinin geoinformasion modelinin yaradılması üçün müvafiq verilənlər bazasının işlənilməsi;
- Coğrafi İnformasiya Sistemləri texnologiyası əsasında infrastruktur obyektlərinin və neftlə çirklənmiş ərazilərinin kosmik monitorinqi.
Alternativ yanacaq növləri üzrə:
- Abşeron yarımadasının iqlim şəraitinə uyğun müasir Günəş kollektorunun işlənilməsi;
- Yeni nəsil külək energetik qurğularının faydalı iş əmsalının artırılması metodlarının tədqiqi;
- Ağıllı şəhər və Ağıllı kənd konsepsiyasında Günəş və külək enerji sisteminin tətbiqinin araşdırılması.
ELMİ-TƏDQİQAT AEROKOSMİK İNFORMATİKA İNSTİTUTUNUN ELMİ KADR POTENSİALI
- Elçin Barat oğlu İsgəndərzadə – t. və f. e.d., professor
- Hikmət Həmid oğlu Əsədov – t.e.d., professor
- Rafiq Qurban oğlu Hüseynov – t.e.d.,professor
- Rauf Mahmud oğlu Rəhimov – f.-r.ü.f.d., dosent
- Əli Mənsimalı oğlu Əmirov – t.ü.f.d, dosent
- Şükür İbrahim oğlu Abbasov – f.-r.ü.f.d., dosent
- Anatoli Vladimir oğlu Mardaxayev – t.ü.f.d., dosent
- Xumar Sabir qızı Əliyeva – t.ü.f.d., dosent
- Validə Xankişi qızı Mahmudova – t.ü.f.d., dosent
- Rövşən Həsən oğlu Ramazanov – c.ü.f.d.
- Akif Allahverdi oğlu Fətullayev – t.ü.f.d.
- İradə Həmid qızı Əbdürrəhmanova – t.ü.f.d.
- Vüsal Mədəd oğlu Hüseynov – t.ü.f.d.
HƏMKARLAR TƏŞKİLATI:
Sədr: Aliyə Cəbrayılova