YARANMA TARİXİ
1974-cü ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində “KASPİ” Elmi Mərkəzi və bu mərkəzin əsasında 1978-ci ildə Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu (TEKTİ) yaradılmışdı. 1982-ci ildə TEKTİ Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyinə (KTEİB) çevrildi.
TƏBİİ EHTİYATLARIN KOSMİK TƏDQİQİ İNSTİTUTUNUN (TEKTİ) RƏHBƏRLİYİ:
- Direktor – texnika elmləri doktoru, professor Ağayev Fəxrəddin Güləli oğlu
- Elmi işlər üzrə direktor müavini – texnika elmləri üzrə fəlsəfə doktoru, Ağayeva Kəmalə Sərdar qızı
- Elmi katib – texnika elmləri üzrə fəlsəfə doktoru, Mustafazadə Naira Xansuvar qızı
STRUKTUR BÖLMƏLƏRİ:
- “Radiotexniki cihazqayırma” şöbəsi;
- “Məsafədən zondlamanın optik –elektron cihazları” şöbəsi;
- “Təbii –fiziki proseslərin riyazi modelləşdirilməsi” şöbəsi;
- “Radioaktiv çirklənmələrin nəzarət-ölçü cihazları” şöbəsi;
- “Məlumat –ölçü kompekslərinin riyazi təminatı”şöbəsi;
- “Pilotsuz uçuş aparatlarının tədqiqi” şöbəsi;
- “Yerüstü landşaft komponentlərinin tədqiqi”şöbəsi;
- “Geofiziki proseslərin kosmik monitorinqi” şöbəsi;
- “Məsafədən zondlamanın tətbiqi problemləri” şöbəsi
- “Məsafədən zondlama sistemlərinin informasion modelləşdirilməsi” şöbəsi
- “Təyyarə məlumat – ölçü kompleksləri” şöbəsi
- “Elmi –texniki informasiya və patent” şöbəsi
REGİONAL BÖLMƏ:
“Regional infrastruktur komponentlərinin eksperimental” tədqiqi (Qusar rayonu)
ƏSAS FƏALİYYƏT İSTİQAMƏTİ:
– Təbii və texnogen obyektlərin spektral xarakteristikalarına görə onların parametrlərinin təyin edilməsinin elmi-metodiki əsaslarının işlənilməsi;
– Məsafədən zondlamanın texniki vasitələri və məlumat-ölçmə komplekslərinin yaradılması;
– Geodinamika və geoloji təhlükələrin proqnozu (zəlzələlər, palçıq vulkanları, sürüşmələr və s.);
– Təbii-fiziki proseslərin riyazi modelləşdirilməsi;
– Yerin məsafədən tədqiqinin metodoloji əsaslarının işlənilməsi;
– Xüsusi əyinatlı məlumat-ölçü sistemlərinin layihələndirilməsi;
– Peyk altı poliqon ölçmələrinin planlaşdırılması və təşkili;
– Yerin məsafədən tədqiqinin metodoloji əsaslarının işlənilməsi.
TƏBİİ EHTİYATLARIN KOSMİK TƏDQİQİ İNSTİTUTUNUN ELMİ KADR POTENSİALI:
|
HƏMKARLAR TƏŞKİLATI: sədr: Teymurlu Kifayət |