Texnika elmləri doktoru ,professor,Beynəlxalq mühəndislik Akademiyasının akademiki, , Azərbaycan Respublikasının 1-ci Dövlət Katibi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü Tofiq Kazım oğlu İsmayılov 1974-1991-ci illərdə Milli Aerokosmik Agentliyinin baş direktoru vəzifəsində çalışmışdır.

Tofiq Kazım oğlu İsmayılov 1933-cü il iyunun 21-də Bakı şəhərində anadan olmuşdur.  1951-1956-cı illərdə Moskva şəhərində Qırmızı Əmək Bayraqlı Elektrotexniki Rabitə İnstitutunda təhsil almışdır.

1967-ci ildən 1985-ci ilədək Tofiq İsmayılov Azərbaycan Respublikası Elmlər Akademiyası sistemində çalışmışdır. O, Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti yanında tətbiq üzrə şöbənin müdiri, “Xəzər” Elmi Mərkəzinin və keçmiş Sovetlər İttifaqında yeganə olan Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun  direktoru, 1982-ci ildən ömrünün sonuna qədər Kosmik Tədqiqatlar Elm- İstehsalat Birliyinin baş konstruktoru və baş direktoru vəzifəsində çalışmışdır.1979-cu ildə isə doktorluq disertasiyasını müdafiə edərək texnika elmləri doktoru, sonralar isə professor elmi adına layiq görülmüşdür. Elmdə və texnikada göstərdiyi yüksək göstəricilərə görə professor T.İsmayılov keçmiş Sovetlər İttifaqının Mühəndislik Akademiyasının (indiki Beynəlxalq Mühəndislik Akademiyası) həqiqi üzvü seçilmişdir.

1985-ci ildən keçmiş SSRİ Baş Kosmos İdarəsi Elm İstehsalat Birliyinin baş direktoru və baş konstruktoru olmuşdur.

“Azərbaycan Respublikası Elmlər Akademiyasının Xəbərləri”nin (fizika, texniki və riyazi elmlər üzrə) redaksiya kollegiyasının üzvü,SSRİ Elmlər Akademiyası Astrosovetinin, SSRİ Elmlər Akademiyası kosmik vasitələrlə təbii sərvətlərin öyrənilməsi bürosunun, SSRİ Baş kosmos idarəsinin elmi-texniki şurasının, SSRİ Elmlər Akademiyası Elmi Şurasının və Dövlət elm və texnika komitəsinin üzvü, Azərbaycan Respublikası kosmonavtika federasiyasının sədri olmuşdur.

İki yüzdən çox elmi işlərin müəllifidir, onlardan doxsanı ixtiradır.

1989-cu ildən SSRİ Xalq deputatı, SSRİ Ali Soveti Rəyasət Heyətinin, Sov. İKP MK və Azərbaycan KP MK-nın üzvü olmuşdur.

Göstərdiyi xidmətlərinə görə “Qırmızı Əmək Bayrağı” ordeni, “Əməkdə rəşadət” medalı, 1978-ci ildə elm və texnika sahəsində Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüş, 25 oktyabr 1990-cı ildə “Azərbaycan SSR əməkdar elm xadimi” fəxri adı ilə təltif olunmuşdur.

K.E. Sialkovski, S.P. Korolyov və Y.A. Qaqarin adına fəxri medallarla təltif edilmişdir.

1991-ci ilin noyabr ayının 20-də Azərbaycan Respublikasının Dövlət Katibi Tofiq Kazım oğlu İsmayılov Qarabağın Qarakənd kəndi üzərində “Mİ-8” hərbi vertolyotunda faciəli surətdə həlak olmuşdur.

Fizika-riyaziyyat elmləri doktoru, akademik Arif Şəfaət oğlu Mehdiyev 1991-2003-cü illərdə Milli Aerokosmik Agentliyinin baş direktoru vəzifəsində çalışmışdır.

Arif Mehdiyev 1934-cü il dekabr ayının 19-da Bakı şəhərində Azərbaycanın məşhur geoloqu, geologiya–minerologiya elmləri doktoru, əməkdar elm xadimi,Şəfaət Mehdiyevin ailəsində anadan olmuşdur.1952–1957-ci illərdə Moskva Elektrotexniki Rabitə İnstitutunda radiorabitə mühəndisi ixtisası üzrə ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda başlayan Arif Mehdiyev 1961–1965-ci illərdə SSRİ Elektron Sənayesi Nazirliyinin tərkibindəki qapalı müəssisədə, 1965–1966-cı illərdə isə Azərbaycan Dövlət Plan Komitəsində böyük mühəndis, 1966-cı ildə yenidən Respublika Elmlər Akademiyasının Fizika İnstitutuna qayıdaraq 1974-cü ilədək burada böyük elmi işçi vəzifəsində çalışmışdır. Arif Mehdiyev 1973-cü ildən etibarən Azərbaycan Elmlər Akademiyasının sonralar Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutuna çevrilmiş “Xəzər” Elmi Mərkəzində elmi işlər üzrə direktor müavini vəzifəsində işləməyə başlamışdır. 1979-cu ildə o, həmin Mərkəzin əsasında yaradılmış Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunda baş direktorun birinci müavini vəzifəsinə keçirilmişdir. 1992-ci ildənBeynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü, 1996-cı ildən isə Amerika Astronavtika və Aeronavtika İnstitutunun üzvü olmuşdur.

2001-ci ildə Arif Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti seçilərək 2007-ci ilədək bu vəzifəni icra etmişdir. 2002-ci ildən etibarən ömrünün sonunadək o, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsində çalışmışdır.

O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

ArifMehdiyevinaraşdırmalarınınnəticələriölkəmizdəvəxaricdənəşredilmiş 300-dən artıqelmiəsərdəvə 50-dən çoxixtiradaözəksinitapmışdır..

Prezident İlhamƏliyev ArifMehdiyevi Azərbaycanelminininkişafındaxidmətlərinəgörə“Şöhrət” ordeni ilətəltifetmişdir.

18 dekabr 2014-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Arif Mehdiyev “Şərəf” ordeni ilə təltif edilmişdir.

Arif Şəfaət oğlu Mehdiyev 2016-cı il dekabrın 19-da 82 yaşında vəfat etmişdir.

Fizika-riyaziyyat elmləri doktoru,professor Əflatun Həsənov 2003-2007-ci illərdə Milli Aerokosmik Agentliyinin baş direktoru olmuşdur.

Əflatun Mürsəl oğlu Həsənov- 1959-cu ildə Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur.

1983-2003-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasında-Bio Mərkəzdə, Fizika və Radiasiya Problemləri İnstitutlarında müxtəlif vəzifələrdə çalışmış, o cümlədən, 13 il kimyəvi-fizika laboratoriyasına rəhbərlik etmişdir.

150-dən çox yerli və xarici jurnallarda çap olunmuş elmi məqalələri, o cümlədən, 13 patenti vardır.

Alçın Şirinzadə 2007-2019-cu illlərdə Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Baş direktoru vəzifəsində çalışmışdır.

Alçın Şirin-zadə 23 may 1951-ci ildə anadan olmuşdur.

1973-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasını (ADNA) bitirmiş və 1976-cı ilə qədər Dövlət Neft şirkətinin müxtəlif müəssisələrində çalışmışdır.

1983-1990-cı illərdə ADNA-nın “İqtisadiyyatın təşkili və idarə olunması” kafedrasında dosent, fakültənin dekan müavini vəzifələrində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.O, 1990-2006-cı illərdə Dövlət Neft Şirkətində müxtəlif vəzifələrdə çalışmışdır.

O, neft-qaz yataqlarının işlənilməsi və kosmik məlumatlardan istifadə etməklə məsafədən zondlamanın praktiki məsələlərinin həllinə həsr edilmiş 100-dən artıq elmi məqalənin və 4 kitabın müəllifidir.

2001-ci ildə A.Ə.Şirin-zadə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.