İllİk hesabat haqqında məlumat_ETAİİ

299
0
Share:

04 iyul 2025-ci il tarixində Milli Aerokosmik Agentliyinin (MAKA) Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun (ETAİİ) Elmi-Texniki Şurasının iclasında cari ilin yarımillik hesabatları müzakirə olunmuşdur. İclasda elmi-tədqiqat, elmi-təşkilati fəaliyyət, konfrans və seminarlarda iştirak, nüfuzlu elmi jurnallarda dərc olunan məqalələr ilə bağlı məlumat verilmişdir. Hesabatların müzakirəsində MAKA aparatının əməkdaşları da iştirakı etmiş, şöbələrin fəaliyyəti müsbət qiymətləndirilmiş, onların işinin daha səmərəli təşkili üçün qarşıda duran vəzifələrlə bağlı müvafiq tapşırıqlar verilmişdir.

Elmi – Texniki Şuranın hesabat iclasına ETAİİ-nin direktoru, texnika elmləri doktoru, professor Elçin İsgəndərzadə sədrlik edirdi.

 

Share: