2025-ci ilin 2 dekabr tarixində Milli Aerokosmik Agentliyinin geniş tərkibdə iclası keçirilmişdir. Müşahidə Şurasının sədri, texnika elmləri doktoru, professor Natiq Cavadov Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi tərəfindən MAKA qarşısında qoyulmuş tapşırıqlar və onların həll yolları barədə tədbir iştirakçılarını məlumatlandırmışdır. İclasda, həmçinin MAKA-nın elmi-təşkilati fəaliyyətinin səmərəliliyinin artırılması, perspektiv inkişaf proqramlarının işlənilməsi, Müdafiə Sənayesi Nazirliyinin müəssisələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, yerinə yetirilən elmi-tədqiqat layihələrinin tətbiqi üçün tədbirlərin gücləndirilməsi, müdafiə sənayesi sahəsində kadr hazırlığı və digər məsələlər müzakirə olunmuşdur. Tədbirdə çıxış edənlər – Müşahidə Şurasının üzvləri Mürsəl Əliyev, Məmmədsaleh Əliyev, MAKA aparatının rəhbər işçiləri Soltan Qasımov, Tofiq Süleymanov, Ceyhun Əliyev, tabe təşkilatların məsul şəxsləri və elmi şöbələrin rəisləri Fəxrəddin Ağayev, Elçin İsgəndərzadə, Namiq Muradov, Polad Mahmudov, Rövşən Ramazanov, Hikmət Əsədov, Rafiq Hüseynov, Həmzə Əfəndiyev, Canəli Yunisov, İlqar Həsənov təkliflərlə çıxış etmiş, müvafiq qərarlar qəbul olunmuşdur.