KİBERMAARİFLƏNDİRMƏ ÜZRƏ TƏLİM KEÇİRİLMİŞDİR

189
0
Share:

Dekabrın 2-də Milli Aerokosmik Agentliyində (MAKA) Cybersign MMC şirkətinin əməkdaşı  Emin Yusifli tərəfindən “Kibermaarifləndirmə təlimləri və idarəetmə portalı” mövzusunda təlim toplantısı keçirilmişdir.  Toplantıda MAKA aparatının və tabe təşkilatların rəhbər işçiləri və digər əməkdaşlar iştirak etmişlər.

Görüşdə məruzəçi əsasən sosial mühəndislik hücumu növlərinə toxunmuş, Phishing (E-poçt), Smishing (SMS), Vishing (telefon zəngi) kimi hücumların şəxslərin məlumatsızlıqlarından istifadə etməklə, onları manipulasiya edib məlumatları necə əldə etməsindən bəhs edilmişdir. Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilmiş, əməkdaşların qarşılaşdıqları hadisələr maraqla dinlənilmiş, eləcə də kiberdələduzluqla qarşılaşdıqda necə hərəkət etmələri və yaranmış vəziyyətdən necə çıxmaları barədə məlumatlandırılmış, suallar ətraflı cavablandırılmışdır. 

Sonda belə görüşlərin davamlı keçirilməsinin əhəmiyyəti xüsusilə vurğulanmışdır.

Share: