20.11.2025-ci il tarixində Milli Aerokosmik Agentliyinin (MAKA) kollektivi 1991-ci ilin 20 noyabrında ermənilər tərəfindən törədilmiş terror hadisəsində Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Mİ-8 helikopterinin vurulması nəticəsində şəhid olmuş, MAKA-nın yaradıcısı, görkəmli alim, dövlət xadimi Tofiq İsmayılovun məzarını ziyarət etmişlər.
Ziyarət iştirakçıları mərhumun məzarı üzərinə əklil və gül dəstələri qoyduqdan sonra MAKA-nın baş direktorunun müavini, professor Tofiq Süleymanov akademik Tofiq İsmayılov haqqında öz xatirələrini bölüşərək, onun Azərbaycanı bütün qəlbi ilə sevdiyini, öz ana yurduna bağlılığını və kosmik sənaye üçün əvəzolunmaz bir şəxsiyyət olduğunu vurğuladı.