1 iyul 2025-ci il tarixində Milli Aerokosmik Agentliyinin (MAKA) Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun (TEKTİ) Elmi-Texniki Şurasının iclasında cari ilin altı ayının yekunu müzakirə olunmuşdur. İclasda elmi-tədqiqat, elmi-təşkilati fəaliyyət, konfrans və seminarlarda iştirak, nüfuzlu elmi jurnallarda dərc olunan məqalələr ilə bağlı məlumat verilmişdir. Hesabatların müzakirəsində MAKA aparatının əməkdaşları da iştirakı etmiş, şöbələrin fəaliyyəti müsbət qiymətləndirilmiş, onların işinin daha səmərəli təşkili üçün qarşıda duran vəzifələrlə bağlı müvafiq tapşırıqlar verilmişdir.
Elmi – Texniki Şuranın hesabat iclasına TEKTI-nin direktoru, texnika elmləri doktoru, professor Fəxrəddin Ağayev sədrlik edirdi.