Soltan Kərim oğlu Qasımov
Soltan Kərim oğlu Qasımov 2025-ci il 1 iyul tarixindən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin baş direktorunun I müavini təyin edilmişdir.
2025-ci il 8 iyul tarixindən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin baş direktoru vəzifəsinin müvəqqəti icrası həvalə edilmişdir.
Soltan Kərim oğlu Qasımov 27 fevral 1960-cı ildə Göyçay şəhərində anadan olmuşdur.
1967-ci ildə Göyçay şəhər 3 nömrəli məktəbinin birinci sinifinə qəbul olmuş, 1977-ci ildə həmin məktəbi bitirmişdir.
1978-ci ildə Moskva Elektrotexniki Rabitə İnstitutunun avtomatik elektrik rabitə fakultəsinin əyani şöbəsinə qəbul olmuşdur. 1983-cü ildə həmin İnstitutu elektrik rabitəsi mühəndisi olaraq bitirmişdir.
23 mart 1983-cü ildə leytenant rütbəsi almış və Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
1983-1985-ci illərdə Uzaq Rabitə Elmi-Tədqiqat İnstitutunda mühəndis,
1985-1989-cu illərdə “Ulduz” zavodunda, usta, sex rəisi və şöbə rəisinin müavini,
1989-2007-ci illərdə “Ulduz” Azərbaycan Elmi İstehsalat Birliyinin “Rabitə Sistemləri” Elmi-Tədqiqat İnstitutunda Baş mühəndisin müavini, direktorun müavini və baş mühəndis
2007-2025-ci illərdə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyində böyük məsləhətçi, şöbə müdürünün müavini,
2025-ci il 01 iyul tarixinədək Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Mərkəzi Təminat və Marketinq idarəsi MMC-də idarə rəisi
24.12.2016-c i il tarixindən Dövlət qulluğunun müşaviri vəzifələrində çalışıb.
14 dekabr 2017-ci il tarixində “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşldur.