YARANMA TARİXİ

1976-cı ildə “Kaspiy” elmi mərkəzinin bazasında yaradılmış Məxsusi Konstruktor Bürosu Azərbaycan  Respublikası Nazirlər Kabinetinin  1 iyun 1992-ci il tarixli, 298 saylı  Qərarı ilə Kosmik Cihazqayırma Məxsusi Konstruktor Bürosuna çevrilmiş və Azərbaycan Milli Aerokosmik Agentliyinin tərkibinə daxil edilmişdir.

KOSMİK CİHAZQAYIRMA MƏXSUSİ KONSTRUKTOR BÜROSUNUN (KCMKB) RƏHBƏRLİYİ:

  • Direktor – texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Namiq Məmmədhüseyn oğlu Muradov
  • Elmi işlər üzrə direktor müavini – texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Yeganə Süleymanova
  • Texniki işləmələr üzrə direktor müavini- Polad Ənnağı oğlu Mahmudov 

STRUKTUR BÖLMƏLƏRİ:    

  • “Uçuş aparatlarının layihələndirilməsi və kompleksləşdirilməsi” şöbəsi 
  • “Robototexniki sistemlər və konstruktiv elementlərin araşdırılması” şöbəsi
  • Cihazların layihələndirilməsi, tədqiqi və sınaq işləri” şöbəsi
  •  “Konstruktor-texniki işləmələr” şöbəsi
  •  “Kosmik monitorinq sistemləri və texnologiyaları” şöbəsi  
  • “Geofiziki tədqiqarların texniki vasitələri və metodologiyası” şöbəsi
  •  “Elmi-texniki” şöbə

ƏSAS FƏALİYYƏT İSTİQAMƏTİ:

  • Sabit və dönər qanadlı uçuş aparatlarının, helikopterlərinin layihələndirilməsi;
  • Raket və kosmik texnikanın layihələndirilməsi;
  • Süni intelekt əsaslı sistemlərin işlənilməsi.
  • İntelektual robotların araşdırılması, bu istiqamətdə elmi-tədqiqat işlərinin aparılması;
  • Mülki və hərbi təyinatlı nəzarət-ölçü cihazlarının layihələndirilməsi;
  • Dənizdə ekoloji monitorinq aparmaq üçün cihazların layihələndirilməsi:
  • Kosmik təsvirlər və Coğrafi İnformasiya Texnologiyaları əsasında tədqiqat ərazisinin landşaft elementlərinin tədqiqi;
  • Kosmik təsvirlər və CİS texnologiyaları əsasında pilot layihələrin yerinə yetirilməsi;
  • Geofiziki metodların effektiv tətbiqi, texnoloji komplekslərin tədqiqi və fiziki-geoloji modellər haqqında məlumatların sistemləşdirilməsi;

KOSMİK CİHAZQAYIRMA MƏXSUSİ KONSTRUKTOR BÜROSUNUN ELMİ KADR POTENSİALI:

Namiq Məmmədhüseyn oğlu Muradov – texnika elmləri üzrə fəlsəfə doktoru

Yeganə Cəlal qızı Süleymanova – texnika elmləri üzrə fəlsəfə doktoru, dosent

Ruhəngiz Teyyub qızı Quliyeva – fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru

Sədaqət Fərəc qızı Şükürlü – texnika elmləri üzrə fəlsəfə doktoru

      HƏMKARLAR TƏŞKİLATI:

           sədr: Quliyeva Pərvanə