Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyində 18 sentyabr 2020-ci il tarixindən etibarən “STARTUP 2020” layihəsinə start verilib. “STARTUP 2020”nin keçirilməsində başlıca məqsəd gənc işçiləri elmi innovativ layihələrə cəlb etmək, innovativ inkişaf sahəsində səmərəliliyi artırmaq, gənc novator kadrları aşkar etmək, gənclərin kreativ biznes ideyalarının inkişafına yaxından dəstək göstərmək, o cümlədən onların komanda şəklində işləmək bacarıqlarını formalaşdırmaqdan ibarətdir. Bizim əsas missiyamız qloballaşan ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafına, elmi innovativ nailiyyətlərinə, eyni zamanda perspektivli gənclərinə dəstək verməkdir.