Soyad, ad, ata adı

Hüseynov Rafiq Qurban oğlu

Anadan olduğu yer

Azərbaycan, Şəki şəhəri

Təvəllüdü (gün, ay, il)

22.10.1946

Bitirdiyi ali təhsil müəssisəsi

Azərbaycan Politexnik İnstitutu

Elmi dərəcəsi

Elmlər doktoru

Elmi adı

Professor

Namizədlik (fəlsəfə doktoru) dissertasiyasının mövzusu:

 

ixtisas şifri

 

ixtisasın adı

 

Namizədlik (elmlər doktoru) dissertasiyasının mövzusu:

“Hərbi və kosmos sənayesi sahələrində tətbiq olunan xüsusi konstruksiya materiallarının yaradılması”

ixtisas şifri

 

ixtisasın adı

 

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

 

Xaricdə çıxmış elmi əsərlərinin sayı

185

Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

121

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı

9 patent, 13 müəllifik şəhadətnaməsi

Kadr hazırlığı:

 

fəlsəfə doktorlarının sayı

7

elmlər doktorlarının sayı

4

Hal-hazırda rəhbər (məsləhətçi) olduğu doktorantların sayı

 

Əsas elmi nailiyyətləri

Xəzər dənizində quraşdırılmış və quraşdırılan stasionar platformaların, neft-qaz borularının hazırlanmasında istifadə olunan poladların müəlliflərindən biridir. Çoxsaylı mühəndis, magistr, bakalavrların diplom, buraxılış işlərinə rəhbərlik etmiş, 9 aspirantın elmi rəhbəri və bir neçə elmlər doktoru dissertasiyalarının elmi məsləhətçisi olmuşdur. Hərbi və xüsusi təyinatlı 9 patentin, 12 müəlliflik şəhadətnaməsinin (hamısı SSRİ və RF), 185 elmi məqalələrin, 8 dərsliyin (3-ü fransız dilində xaricdə çap olunub), çoxsaylı dərs vəsaitlərinin, tədris proqramlarının müəllifidir. Onun elmi məqalələrinin əksəriyyəti ABŞ, Fransa, Almaniya, Əlcəzair, Türkiyə, Rusiya, Ukrayna, İran, Avstriya, BƏR və bir sıra digər xarici ölkələrin nüfuzlu elmi jurnallarında çap olunub

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü

Moskvada keçirilən Ümumittifaq komsomolunun qurultaylarının 

2 dəfə Azərbaycan nümayəndəsi olmuşdur.

Pedaqoji fəaliyyəti

1969-cu ildən indiyədək Azərbaycan Texniki Universitetində (keçmiş Politexnik institutunda laborant, baş laborant, müəllim, baş müəllim, dosent və professor vəzifələrində calışıb. Hal-hazırda “Metallurgiya və materiallar texnologiyası” kafedrasında professor vəzifəsini tutur.1996-2016-cı illərdə kafedra müdiri vəzifəsində işləmişdir.

Digər fəaliyyəti

Azərbaycan Texniki Universiteti, “Metallurgiya və materiallar texnologiyası” kafedrasında professor.

Təltif və mükafatları

  • “SSRİ-nin fəxri ixtiraçısı” (rus. Почетный изобретатель СССР) fəxri adı;
  • “Əmək igidliyinə görə” medalı (2 dəfə)
  • Azərbaycan SSRi Lenin komsomolu mükafatı 
  • “Hacı Zeynalabdin Tağıyev” mükafatı
  • “Dövlət qulluğunda fərqlənməyə görə” medalı – Azərbaycan Respublikasında müdafiə sənayesinin inkişafındakı xidmətinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə (15 dekabr 2015);
  • Azərbaycan Respublikasının əməkdar elm xadimi fəxri adı – Azərbaycan Texniki Universitetinin 70 illiyi münasibətilə Azərbaycanda mühəndis kadrlarının hazırlanması və texniki elmlərin inkişafında xidmətlərinə görə (30 dekabr 2020).
  • Yüksək ixtisaslı kadrların hazırlanması sahəsində səmərəli elmi-pedeqoji fəaliyyətinə görə və universitetin 60 illik yubileyi münasibəti ilə Fəxri fərman (18.11.2011)
  • Oktyabr sosialist inqilabının 70 illiyi ilə əlaqədar olaraq Fəxri Fərman
  • Azərbaycan komsomolunun mərkəzi komitəsi tərəfindən yüksək elmi göstəricilərinə ictimai aktivliyinə görə verilmiş  Fəxri fərman (4 dəfə)
  • Azərbaycan komsomolunun mərkəzi komitəsi tərəfindən məhsuldar elmi fəaliyyətinə və yüksək elmi göstəricilərinə görə  verilmiş  Fəxri fərman
  • Nazirlikdə apardığı yüksək elmi tədqiqat işlərinin nəticələrinin istehsalatda tətbiqinə görə nazir tərəfindən verilmiş   Fəxri Fərman
  • Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət komitəsinin İxtiraçılıq sahəsində III Respublika Müsabiqəsinin I Dərəcəli diplomu 
  • Ümumittifaq oktyabr inqilabının 60illiyi münasibəti ilə keçirilən Ümumittifaq Sosialist  yarışında məhsuldar elmi tədqiqat göstəricilərinə görə “Qırmızı Bayraqlı Avrora” gəmisində şəkil çəkdirməyə layiq görülmüşdür.
  • Kosmik Aviasiya Neft-qaz sənaye sahələrində tətbiq olunan yüksək konstruktiv möhkəmliyə malik xüsusi təyinatlı poladların yaradıcısı kimi SSRİ Elmlər Akademiyasnın fəxri medalı
  • Təhsildə elmdə Sosialist yarışının qalibi kimi Əlcəzair Respublikasında Sovet səfiri tərəfindən verilmiş Fəxri Fərman

Milli Aerokosmik Agentliyi, Elmi-tədqiqat Aerokosmik İnformatika İnstitutunun 17 dekabr Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı münasibəti ilə təltif edilmiş Fəxri Fərman

Vəzifəsi

“Strateji texnologiyaların layihələndirilməsi və tətbiqi” şöbəsinin rəisi

Elektron poçtu

Rafiq_46@mail.ru