TEKTİ-nİn şöbə rəİsİ Bİrləşmİş Nüvə Tədqİqatları İnstİtutunda elmİ-tədqİqat təcrübəsİnİ uğurla tamamlayıb.

620
0
Share:

Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmok Agentliyinin Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun şöbə rəisi Rusiya Federasiyasının Dubna şəhərində Birləşmiş Nüvə Tədqiqatlar İnstitutun təşkil etdiyi “MDB ölkələrinin gənc alim və tədqiqatçılarının təcrübə proqramın”-da iştirak edib.


Milli Aerokosmok Agentliyinin Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun “Ölçmə sistemlərinin yaradılması” şöbəsinin rəisi f.ü.f.d., dosent Bəşirova Sevinc Məmmədhəsən qızı Rusiya Federasiyasının Moskva vilayətinin Dubna şəhərində yərləşən Birləşmiş Nüvə Tədqiqatlar İnstitutuna təcrübəçi kimi 2025-ci il 25 may tarixindən 2025-ci il 24 iyun tarixinədək ezamiyyətdə olmuşdur. Bu müddət ərzində S.M.Bəşirova “İnformasiya Texnologiyaları Laboratoriyası”, “Nəzəri Fizika Laboratoriyası”, “Biologiya Radiasiyası Laboratoriyası”, “Nüvə Problemləri Laboratoriyası”, “Nüvə Reaksiyaları Laboratoriyası”, “Neytron Fizikası Laboratoriyalarında” rəhbərlik heyəti ilə tanış olmuş və tədqiqatlar aparmışdır. Sevinc Bəşirova “Dubna Universitetinin”  professor müəllim heyətinin təşkil etdiyi seminarda uğurla çıxış etmişdir.

Sevinc Bəşirova “Xüsusi İqtisadi zona-Dubna” şəhərciyində yerləşən “Granat Bio tech”, “Aлтегра”, “ПСК Фарма”, “Биофармлаб”, “ACE technology” zavodlarında gedən işlərlə tanış olmuşdur. Ezamiyyətin sonunda Sevinc Bəşirova “Разработка радиационно-стойкого покрытия на основе полимера и композитных наноцастиц кремния и золота” adlı proyekti tamamlayaraq Birləşmiş Nüvə Tədqiqatlar İnstitutunun elmi kollektivi qarşısında çıxış etmişdir. Sonda “MDB ölkələrinin gənc alim və tədqiqatçılarının təcrübə proqramını” bitirərək diplomla təltif olunmuşdur.  

Share: