MİLLİ AEROKOSMİK AGENTLİYİNİN DƏSTƏYİ İLƏ “AĞILLI ƏTRAF MÜHİT VƏ YAŞIL TEXNOLOGİYALAR” II BEYNƏLXALQ ELMİ SİMPOZİUM TƏŞKİL OLUNMUŞDUR

104
0
Share:

29-30 may 2025-ci il tarixində Odlar Yurdu Universitetinin təşkilatçılığı ilə Springer “Scopus” bazasında indekslənən “Ağıllı ətraf mühit və yaşıl texnologiyalar” II. Beynəlxalq elmi simpozium keçirilmişdir. 

Simpozium Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Aerokosmik Agentliyi, Şimali Kipr Türk Respublikası Yaxın Doğu Universiteti, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu, İnformasiya Texnologiyalari İnstitutu, Kanadanın Alberta Universiteti, Polşa Elmlər Akademiyası Sistemlər Tədqiqatı İnstitutu və AMEA-nın dəstəyi ilə təşkil olunmuşdur. 

Plenar çıxışlarda ölkəmizin “Smart ətraf mühit və yaşıl texnologiya” ətrafında formalaşdığı bildirilmişdir. Ölkəmizdə Ekoloji tarazlıq, biomüxtəliflik, yaşıl iqtisadiyyat və texnologiya transferinin düşünülmüş vəhdəti ilə bu gün Ağıllı şəhərlər və Ağıllı ətraf mühit formalaşmağa başlayıb və daha da müasirləşərək inkişaf etməyə davam etmişdir. 2020-ci ildə “44 Günlük Zəfər Savaşı”ndan sonra öz tarixi torpaqlarına qovuşan Azərbaycan “Ağıllı Ətraf Mühit və Yaşıl Texnologiyalar” layihəsini azad olunmuş torpaqlarımızda aparılan yenidən qurma və bərpa işlərində çox məharətlə həyata keçirmişdir.  Milli Aerokosmik Agentliyi olaraq biz də öz fəaliyyətimiz ilə belə tədbirlərə töhfə verməyə davam edəcəyik.

Plenar iclasdan sonra konfrans öz işini bölmələr üzrə davam etdirmişdir. Bölmələr üzrə davam edən konfransda MAKA-nın alimləri və doktorantları tərəfindən aktual mövzulara həsr olunmuş 7 sayda elmi məruzə dinlənilmişdir. Daha sonra məruzəçilərin hər birinə Təşkilat komitəsi rəhbərləri tərəfindən sertifikat təqdim olunmuşdur.  

Qeyd edək ki, konfransın materialları Springer və “Scopus” beynəlxalq elmmetrik bazalarında yayınlanacaqdır.

Share: