AZƏRBAYCANDA KOSMİK ELM VƏ TEXNOLOGİYALARIN KEÇDİYİ YOLLAR

212
0
Share:

1974 – cü ildə Ulu Öndər Heydər Əliyevin dəstəyi və köməyi sayəsində “Kaspi” Elmi Mərkəzi kimi fəaliyyətə başlamış və indiki dövrümüzə qədər kosmik tədqiqatlar sahəsində beynəlxalq aləmdə tanınmış  Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin  (MAKA) 50 illik yubileyinə həsr olunmuş “Azərbaycanda kosmik elm və texnologiyaların keçdiyi yollar” adlı kitab dərc olunmuşdur. MAKA 50 illik yaradıcılıq tarixində yüksək nailiyyətlər qazanmış, Azərbaycan elmi mühitində ixtisaslı kadrların formalaşmasında mühüm rol oynamış, texniki işləmələri ilə geniş məkanda tanınmışdır.  

Yubiley kitabı real tarixi faktlar, arxiv sənədləri, təşkilatın 50 illik fəaliyyəti dövründə yerinə yetirilmiş işlərin nəticələri, alim və mütəxəssislərin hazırladıqları müxtəlif təyinatlı cihazlar haqqında məlumatlar əsasında tərtib olunmuşdur.

7 fəsildən ibarət olan kitabda MAKA-nın elmi-tədqiqat və təşkilati fəaliyyətinin tarixi şərti olaraq üç dövrə ayrılmışdır. Birinci dövr 1974-1984-cı illəri, 2-ci dövr Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin  SSRİ Ümumi Maşınqayırma Nazirliyinin, Azərbaycan Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin və AMEA-nın tərkibində olduğu 1985-2006-cı illəri, 3-cü dövr isə təşkilatın Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərdiyi 2006-cı ildən sonrakı illəri əhatə etməklə 7 fəsildən ibarətdir. Eyni zamanda kitabda Ulu Öndər Heydər Əliyevin Azərbaycanda kosmik infrastrukturun yaradılmasında rolundan bəhs olunmuş, MAKA-nın 50 illik fəaliyyəti dövründə beynəlxalq əlaqələri, təşkilatda həyata keçirilmiş tədbirlər  və görüşlər, nəşriyyat fəaliyyəti işıqlandırılmış, təşkilata rəhbərlik etmiş baş direktorlar və digər rəhbər işçilər, çoxillik əmək fəaliyyəti ilə fərqlənən alim və mütəxəssislər haqqında məlumatlar şərh olunmuşdur.  



Share: