Milli Aerokosmik Agentliyi ilə “Aselsan-Bakü” şirkəti nümayəndələrinin hərbi-texniki əməkdaşlıq görüşü

268
0
Share:

23 aprel 2025-ci il tarixində Milli Aerokosmik Agentliyində (MAKA) “Aselsan-Bakü” şirkətinin nümayəndələri ilə agentliyin əməkdaşları arasında hərbi-texniki əməkdaşlıq barədə görüş keçirilmişdir. MAKA-nın baş direktorunun I müavini  professor Tofiq Süleymanovun rəhbərliyi ilə keşirilən tədbirdə “Aselsan-Bakü” şirkətinin nümayəndələri Aladdin Goral, Bahadur Kərimov, Yaşar İmanov, Müdafiə Sənayesi Nazirliyinin Müdafiə təyinatlı məmulatların yaradılması və elmi araşdırmalar şöbəsinin müdiri Məmmədsaleh Əliyev, Müdafiə Sənayesi Nazirliyinin  Elmi-Tədqiqat İnistitutunun direktorunun müşaviri İlkin Nəsirli iştirak etmişlər. Görüşdə MAKA ilə “ASELSAN” şirkəti arasında 24 sentyabr 2024-cü il tarixində imzalanmış “Radioelektron mübarizə vasitələrinin (REM) birgə yaradılması” istiqamətində Anlaşma Memorandumundan  irəli gələn məsələlər müzakirə olunmuş, yerinə yetirilmiş işlər barədə məlumat verilmiş, gələcək birgə fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir. 

 



Share: