Milli Aerokosmik Agentliyin Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunda Kosmik və aeroçəkiliş materiallarının fotoqrammetrik təhlili, elektron (rəqəmsal) topoqrafik və xüsusi xəritələrin yaradılması” mövzusunda elmi seminar keçirilib.
Elmi seminarda “Yerin məsafədən müşahidəsinin tətbiqi problemləri” şöbəsinin rəisi, t.ü.f.d., Rafiq Ağamalıyev mövzu üzrə geniş təqdimatla çıxış edib.
Daha sonra şöbənin əməkdaşları şöbə rəisinin müavini Sənan Surxaylı, aparıcı elmi işçi,t.ü.f.d., Aygün Bayramova, baş elmi işçi Mətanət Təhməzli və elmi işçi Zəminə Məşədibəyova mövzu üzrə məruzələrlə çıxış ediblər.
Seminar iştirakçıları tərəfindən mövzu böyük maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub. Sonda iştirakçıların sualları cavablandırılıb.