19 mart 2025-ci il tarixində MAKA-nın iclas zalında uzun müddət “Mühasibat uçotu və hesabatı” şöbəsində öz imkanlarını əsirgəmədən çalışmış, işlədiyi dövrdə kollektivin hörmət və rəğbətini qazanmış, bilik və təcrübəsini digər həmkarlarından əsirgəmədən həmişə onlara dəstək olmağı özünə borc bilmiş Nailə Mirzəyevanın 60 illik Yubileyi qeyd olundu.
Tədbiri giriş sözü ilə açan MAKA-nın baş direktorunun I müavini, professor Tofiq Süleymanov yubilyarın xidmətləri barədə geniş məlumat verdi, onu öz vəzifə funksiyalarını layiqincə yerinə yetirən məsuliyyətli bir əməkdaş kimi təqdim etdi. Sonra MAKA-nın baş direktoru və Həmkarlar İttifaqı Komitəsinin sədri tərəfindən imzalanmış “Fəxri Fərmanı” ona təqdim olundu. Toplantı iştirakçıları Nailə Mirzəyeva haqqında xoş xatirələrini bölüşdükdən sonra, o kollektiv üzvlərinə öz minnətdarlığını bildirdi və tədbir başa çatdı.