MAKA-da yerİnə yetİrİlən elmİ mövzular İqtİsadİyyatımızın İnkİşafına xİdmət edİr

46
0
Share:

Milli Aerokosmik Agentliyinin tabe təşkilatlarında yerinə yetirilən elmi-tədqiqat işlərinin ölkə iqtisadiyyatında tətbiq olunması məqsədilə tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində olan əsas məsələlərdən biridir. Bununla əlaqədar MAKA rəhbərliyinin təşəbbüsü ilə Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun (TEKTİ) şöbə rəisi, texnika üzrə fəlsəfə doktoru Rafiq Ağamalıyevin başçılığı altında bir qrup əməkdaş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) qurumları ilə müzakirələr aparmışdır. Aparılmış danışıqların nəticəsi olaraq TEKTİ-də cari ildən icrasına başlanılmış “Kosmik məlumatlar və süni intellekt əsasında Arazboyu landşaft komponentlərinin dinamikasının tədqiqi” və “Kosmik və aeroçəkiliş materiallarının fotoqrammetrik təhlili, elektron (rəqəmsal) topoqrafik və xüsusi xəritələrin yaradılması” mövzuları üzrə MAKA ilə ADSEA-nın Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti və Regional Su Meliorasiya Xidməti arasında elmi əməkdaşlıq müqavilələri imzalanmışdır. Həmin müqavilələr çərçivəsində coğrafi informasiya sistemləri texnologiyalarından istifadə etməklə elektron xəritələrin yaradılması nəzərdə tutulmuşdur. Növbəti mərhələdə isə MAKA ilə göstərilən qurumlar arasında əməkdaşlığın dərinləşməsi və təsərrüfat müqavilələri əsasında layihələrin həyata keçirilməsi planlaşdırılır.  




Share: