YAP Bİnəqədİ rayon təşkİlatında 70 İllİk yubİleyİ münasİbətİlə görüş keçİrİldİ

85
0
Share:

YAP Binəqədi rayon təşkilatında partiyanın veteran üzvü professor Natiq Cavadovun 70 illik yubileyi münasibətilə görüş keçirildi

06 mart 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası  Binəqədi rayon təşkilatında partiyanın veteran üzvlərindən olan, ərazi partiya təşkilatının sədri professor Natiq Cavadovun 70 illik yubileyi münasibətilə görüş keçirildi.

Görüşü giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov 70 illik yubileyini qeyd etdiyimiz Natiq Cavadov haqqında xatirələrini bölüşərək bildirdi ki, o, ərazi partiya təşkilatının sədri kimi rayon təşkilatının fəaliyyətində, tədbirlərində, həmçinin rayonun ictimai-siyasi, mədəni həyatında hər zaman yüksək fəallıqla iştirak edib. Natiq Cavadov 30 ildən artıqdır Yeni Azərbaycan Partiyasının sıralarında uğurla təmsil olunur və partiyanın Binəqədi rayon təşkilatının formalaşmasında fəal iştirak edib. O, həmçinin müxtəlif dövlət qurumlarında rəhbər vəzifələrdə çalışaraq fəaliyyət göstərdiyi sahələrin inkişafına öz töhfələrini verib. Rayon təşkilatının sədri daha sonra yubilyarı təbrik edərək ona möhkəm can sağlığı, uzun ömür, səadət dolu günlər, fəaliyyətində uğurlar arzuladı.

Görüşdə, həmçinin millət vəkili Kamaləddin Qafarov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev, Binəqədi rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, “Unity Company”  şirkətinin  rəhbəri  Fikrət Əliyev, Milli Aerokosmik Agentliyinin rəhbər heyəti və kollektivinin üzvləri çıxış edərək yubilyarı təbrik etmiş, ona ən xoş arzularını çatdırmışdırlar.

Görüşün sonunda çıxış edən ərazi partiya təşkilatının sədri professor Natiq Cavadov göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirdi. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən  Yeni  Azərbaycan Partiyası sıralarında qürurla təmsil olunduğunu söylədi.

Görüşün sonunda professor Natiq  Cavadov  rayon  təşkilatının  ictimai-siyasi  həyatında  fəal  iştirakına və 70 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif edildi, xatirə hədiyyəsi təqdim edildi. Görüş çay süfrəsi ətrafında davam etdirildi.

Share: