Belarus Respublikasının Dövlət Hərbi Sənaye Komitəsi ilə birgə fəaliyyət istiqamətləri müzakirə edilib

58
0
Share:
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən “IDEX 2025” Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində fevralın 18-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev Belarus Respublikasının Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantusla görüşüb.
Görüşdə müdafiə sənayesi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb, birgə fəaliyyət istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Qeyd edək ki, “IDEX 2025” Beynəlxalq Müdafiə Sərgisi fevralın 21-dək davam edəcək.
Share: