Elm və Təhsil nazirliyi yanında 2 nömrəli uşaq və gənclər inkişaf mərkəzində 5 noyabr 2024-cü il tarixində “Yaşıl Dünya Naminə Ekologiya İli” mövzusunda tədbir keçirilmişdir. “Yaşıl Dünya Naminə Ekologiya İli” layihəsi 2024-cü il yanvar ayından başlayaraq cari ilin sonunadək ölkə ərazisində yaşıllaşdırmanın aktiv fazaya keçidi və ətraf mühitin qorunması ilə bağlıdır.
Tədbirdə Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutunun əməkdaşı Teymur Hacıyev iştirak etmişdir. T.Hacıyev “Təhsil müəssisələrində gənc nəslin ekoloji maarifləndirilməsi və onun əhəmiyyəti” mövzusunda çıxış etmişdir. Çıxışında orta təhsil müəssisələrində gənc nəslin ekoloji tərbiyəsi işinin təşkilində maarifləndirmənin əsas xüsusiyyətləri haqqında geniş dinləyici auditoriyasına məlumat vermişdir. Sonda mərkəzin rəhbərliyi və kollektivi ilə xatirə fotoları çəkilmişdir.