MÜDAFİƏ SƏNAYESİ NAZİRLİYİNİN RƏHBƏR İŞÇİLƏRİ MİLLİ AEROKOSMİK AGENTLİYİNDƏ

599
0
Share:

 16 iyul tarixində Müdafiə Sənayesi Nazirliyinin  rəhbər işçiləri, nazir müavini Hidayət Əzimov, aparat rəhbəri Samir Ağabalayev Milli Aerokosmik Agentliyinin (MAKA) əməkdaşları ilə görüş keçirmişlər. Görüş zamanı nazirliyin əməkdaşları sentyabr ayında keçiriləcək ADEX 2024 sərgisində nümayişi nəzərdə tutulan məmulatlarla və  MAKA-nın tabe təşkilatlarında aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olmuşlar. Daha sonra Nazirliyin rəhbər işçiləri agentliyin əməkdaşlarına öz tövsiyələrini vermişlər.

Share: