MİLLİ AEROKOSMİK AGENTLİYİNDƏ TƏLƏBƏLƏRİN İSTEHSALAT TƏCRÜBƏSİ UĞURLA DAVAM EDİR

304
0
Share:

Milli Aviasiya Akademiyasının Aerokosmik fakultəsinin ekologiya mühəndisliyi ixtisasının 2-ci kurs tələbələri Milli Aerokosmik Agentliyi Kosmik Cihazqayırma Məxsusi Konstruktor Bürosunda istehsalat təcrübəsi keçirlər. İstehsalat təcrübəsi iyul ayının sonunadək davam edəcəkdir. 

Təcrübənin keçirilməsində əsas məqsəd tələbələrin nəzəri biliklərini möhkəmləndirmək, onların ixtisas profilindən və xüsusiyyətindən asılı olaraq yeni texnologiyalarla, iş üsulları ilə tanış etməkdən, o cümlədən texnologiya vərdişləri aşılamaqdan ibarətdir. 

Tələbələrin əvvəlcə təcrübəyə buraxılma şərtləri və prosedurları, təcrübə keçiriləcək istehsalat müəssisələrində daxili nizam-intizam qaydalarına ciddi riayət edilməsi, davranış qaydalarının tələbənin müvəffəqiyyət balına təsir edən amillərdən biri olması, həmçinin tələbənin təcrübədən xaricolma şərtləri də onların nəzərinə çatdırılmışdır.   

Share: