9 iyun 2024-cü il tarixində Milli Aerokosmik Agentliyi (MAKA) Kosmik Cihazqayırma Məxsusi Konstruktor Bürosunun (KCMKB) elmi işlər üzrə direktor müavini Yeganə Calal qızı Süleymanovanın yubiley tədbiri keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan MAKA-nın baş direktorunun müavini Nazim Əliyev yubliyarı kollektiv adından təbrik edərək ona müdafiə sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə və anadan olmasının 60 illik yubileyi münasibətilə 9 iyul 2024-cü ildə Azərbaycan Respublikası Müdafiə Sənayesi naziri Vüqar Mustafayevin müvafiq əmri ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Fəxri Fərmanını təqdim etmişdir.
Tədbirdə iştirak edən MAKA-nın əməkdaşları Yeganə xanımı yubiley münasibətilə təbrik etmişlər.
Sonda çıxış edən Yeganə Süleymanova tədbir iştirakçılarına öz minnətdarlığını bildirmişdir.