DİSSERTASİYA İŞİNİN ELMİ SEMİNARI KEÇİRİLMİŞDİR

232
0
Share:

28 iyun 2024-cü il tarixində Milli Aerokosmik Agentliyində Ali Attestasiya Komissiyasında qeydiyyat nömrəsi FD 1.38 olan Dissertasiya Şurasının   2426.01 –  “Ekologiya” ixtisasında texniki elmlər üzrə elmi seminarın iclası keçirilib. Elmi seminarda iddiaçı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Sənaye  təhlükəsizliyi və əmək mühafizəsi” kafedrasının müəllimi Samirə Aslan qızı Gəraybəylinin  “Разработка технологии переработки отходов промышленности в Азербайджане с использованием местных ресурсов (Azərbaycanda yerli ehtiyatlardan istifadə etməklə sənaye tullantılarının emalı texnologiyasının işlənməsi)” adlı dissertasiya işi müzakirə olundu.

Elmi seminarın sədri Ekologiya İnstitutunun direktoru, professor Bəhram Əliyev iştiraketmə vərəqi əsasında seminar üzvlərinə iclasın səlahiyyətli olduğunu elan edib, dissertasiya işinin müzakirəsinə dair məlumat verib. Elmi seminarın  katibi Ekologiya İnstitutunun elmi katibi, dosent Laləndə Fərəcova iddiaçının anket məlumatları ilə seminar üzvlərini tanış edib. 

İddiaçı S.A.Gəraybəyli dissertasiya işinin aktuallığı, tədqiqatın məqsədi və vəzifələri, əsas elmi yenilikləri haqqında seminar iştirakçılarına qısa məlumat verərək, verilən sualları cavablandırıb.

Müzakirənin sonunda dissertasiyanın müdafiəyə tövsiyə edilib-edilməməsinə dair gizli səsvermə keçirilib.

Elmi seminarda keçirilən gizli səsvermənin nəticələrinə görə Samirə Aslan qızı Gəraybəylinin təqdim etdiyi dissertasiya işi AAK-nın fəlsəfə doktorluğu dissertasiyasına qoyulan tələblərə cavab verir. Deyilənləri nəzərə alaraq iddiaçı 2426.01 – “Ekologiya (elm sahələri üzrə)” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiqdir və növbəti müdafiə mərhələsinə tövsiyə olundu.

Share: