LƏNKƏRANA EZAMİYYƏT

310
0
Share:

Milli Aerokosmik Agentliyinin (MAKA) baş direktorunun I müavini Tofiq Süleymanov, kadrlar şöbəsinin rəisi Ceyhun Əliyev və müdafiə təyinatlı məmulatların yaradılması bölməsinin rəisi Ədalət Çobanov 27 iyun 2024-cü il tarixində Lənkəran şəhərinə ezam olunmuş, Xüsusi Konstruktor Texnoloji Bürosunun (XKTB) Elmi-Texniki Şuranın iclasında iştirak etmişlər. 

MAKA-nın baş direktorunun I müavini Tofiq Süleymanov Milli Aerokosmik Agentliyinin  Lənkəran Xüsusi Konstruktor Texnoloji Bürosuna (XKTB) yeni direktor təyin olunmuş Ağababa İbrahimovu kollektivə təqdim etmişdir.

 İclasda yerinə yetirilən elmi-tədqiqat işləri üzrə 3 mövzunun (“Lənkəran rayonu torpaqlarının ekoloji-iqtisadi qiymətləndirilməsi”, “Lənkəran təbii vilayətindəki çayların müasir mikrobioloji – ekoloji vəziyyətinin tədqiqi” və “Şəxsi heyətin reabilitasiya müddətinin qısaldılması üçün aşağı tezlikli fizioterapik cihaz”) müzakirəsi keçirilmişdir. XKTB-də yaradılmış “Şəxsi heyətin reabilitasiya müddətinin qısaldılması üçün aşağı tezlikli fizioterapik cihaz”ın maketi nümayiş etdirilmiş və 2024-cü ilin 6 ayı ərzində əldə olunmuş nəticələr müzakirə olunmuşdur.

Daha sonra Tofiq Süleymanov XKTB əməkdaşları üçün “Regional ekoloji problemlər”  mövzusunda mühazirə ilə çıxış etmişdir.




Share: