AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİNDƏ “GƏLƏCƏYİN ZƏKASI” VƏ “YANINDAYIQ” LAYİHƏLƏRİNİN AÇILIŞ MƏRASİMİ KEÇİRİLMİŞDİR.

177
0
Share:

13 iyun 2024-cü il tarixində Azərbaycan Texniki Universitetində (AzTU) “SmartNation” platformasının birgə təşkilatçılığı ilə “Gələcəyin Zəkası” və “Yanındayıq” layihələrinin açılış mərasimi keçirilmişdir. Açılış mərasimində Milli Aerokosmik Agentliynin Elmi-texniki əməkdaşlıq və beynəlxalq əlaqələr şöbəsinin rəisi Sənan Ağazadə və Müdafiə təyinatlı məmulatların yaradılma bölməsinin rəisi Ədalət Çobanov iştirak etmişdir. 

Tədbir iştirakçılarını salamlayan rektor Vilayət Vəliyev universitetdə görülən işlər və həyata keçirilən yeniliklər barədə məlumat verib.

Daha sonra Müdafiə Sənayesi Nazirliyi Aparatının şöbə müdiri Məmmədsaleh Əliyev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Samir Həmidov çıxış ediblər. Vurğulanıb ki, belə layihələr gənclərin inkişafı, onların əmək bazarının tələblərinə uyğun kadr kimi hazırlanması istiqamətində mühüm əhəmiyyətə malikdir.

Qeyd edək ki, “Gələcəyin zəkası” və “Yanındayıq” layihələrinin əsas məqsədi real sənaye əsaslı qruplar yaratmaq, universitet-sənaye işbirliyini qurmaq və əmək bazarına xüsusi seçilmiş istiqamətlər üzrə mentor dəstəyi ilə mütəxəssis yetişdirməkdir. Xüsusi seçilmiş istiqamətlər informasiya və telekommunikasiya texnologiyaları, müdafiə sənayesi texnologiyaları, energetika və avtomatika, həmçinin nəqliyyat və logistika istiqamətləri üzrədir.

Share: