“HƏR GÜN BİR ADDIM İRƏLİ”

340
0
Share:

Milli Aerokosmik Agentliyinin aparatında 2024-cü il 30 may tarixində aparatın struktur bölmələrinin rəhbərləri və tabe təşkilatların qabaqcıl şöbə rəislərinin iştirakı ilə tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan Milli Aerokosmik Agentliyinin baş direktorunun rejim və təhlükəsizlik üzrə müavini Nazim Əliyev bildirdi ki, təşkilatların idarəolunması ilə əlaqədar təsis edilən vəzifələr şöbə rəisləri səlahiyyətli şəxslər hesab olunurlar. Təşkilatların, eləcə də struktur bölmələrinin rəhbərləri xidməti fəaliyyətlə bağlı öhdəliklərini yerinə yetirməklə yanaşı, tabeçiliyində olan işçilərin əmək fəaliyyətinin təhlil edilərək qiymətləndirilməsi, mənəvi-psixoloji vəziyyətinin öyrənilməsi, etik davranış qaydalarının və işgüzar münasibətlərin xüsusi metod və vasitələrdən istifadə etməklə normal şərtlər əsasında qurulması bir funksiya kimi onların vəzifə səlahiyyətlərinə daxil edilmişdir.

Tədbirdə qabaqcıl şöbə rəisləri tərəfindən bu statusun formalaşdırılması səbəbləri və istiqamətləri araşdırılmış, idarəetmə prinsip və metodları dinlənilmiş, iş prosesində yarana biləcək çatışmazlıqları öyrənilmiş, gələcəkdə bu sahənin daha da optimal və səmərəli inkişaf etdirilməsi imkanlarına aydınlıq gətirilmişdir. 

Mövzu ətrafında geniş fikir mübadiləsi aparılaraq Milli Aerokosmik Agentliyinin aparatının bu sahədə sistemli və əlaqəli çalışa biləcək aidiyyəti struktur bölmələrinin rəhbərləri tərəfindən idarəetmənin daha da mükəmməl və keyfiyyətli təşkilinə əməli köməklik göstərilməsi və işin qiymətləndirilməsi üçün işçilərin mənəvi-psixoloji vəziyyətinin təhlil edilərək öyrənilməsi, habelə əməkdaşlar arasında iş bölgünüsün ədalətli və obyektiv aparılması sahələrində vahid nümunəvi formanın yaradılması imkanları müzakirə edildi. 

Share: