30 may 2024-cü il tarixində Milli Aerokosmik Agentliyi (MAKA) Kosmik Cihazqayırma Məxsusi Konstruktor Bürosunda (KCMKB) elmi seminar keçirildi. Azərbaycan Texniki Universitetinin tələbələrinin də iştirak etdiyi seminarda “Kosmik monitorinq sistemləri və texnologiyaları” şöbəsinin əməkdaşları Nərgiz Məmmədovə və Həmidə Həsənovanın “Məsafədən zondlama – Kosmik vasitələrlə Yer səthinin müşahidəsi” mövzusunda məruzələri dinlənildi.
Sonda məruzəçilər iştirakçıların suallarını cavablandırdılar.