TƏBİİ EHTİYATLARIN KOSMİK TƏDQİQİ İNSTİTUTU ELMİ-TEXNİKİ ŞURANIN İCLASI

274
0
Share:

 

24 may 2024-cü il tarixində Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunda Milli Aerokosmik Agentliyin dissertantı Çingiz Paşa oğlu Əliyevin “Hərəkətdə olan obyektlərin dinamik parametrlərinin ölçmə üsulu və vasitələri” mövzusunda 3337.01-“İnformasiya – ölçmə və idarəetmə sistemləri” ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.

Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun direktoru, texnika elmlər doktoru, professor Fəxrəddin Ağayevin sədrlik etdiyi ilkin müzakirədə iddiaçının elmi rəhbəri texnika elmlər doktoru, professor Tofiq Mansurov, institutun əməkdaşları və  dəvət olunan qonaqlar iştirak etmişdir. İnstitutun elmi katibi Nairə Mustafazadə iddiaçının anket məlumatları haqqında məlumat vermişdir. 

Daha sonra, iddiaçı dissertasiya işinin aktuallığı, tədqiqatın məqsədi və vəzifələri, əsas elmi yenilikləri haqqında seminar iştirakçılarına qısa məlumat verərək, verilən sualları cavablandırmışdır.



Share: