29 may 2024-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən keçirilən “Davamlı inkişaf şəraitində yaşıl iqtisadiyyat: çağırışlar və gözləntilər” mövzusunda tələbə və gənc tədqiqatçıların beynəlxalq elmi-praktiki konfransının plenar iclasının açılışında Ekologiya İnstitutunun direktoru, professor Bəhram Əliyev nitq söyləmişdir. Çıxışında B. Əliyev dünyada, o cümlədən Azərbaycanda yaranmış ekoloji problemlər və onların həlli yolları haqqında da məlumat vermişdir. Həmçinin plenar iclas iştirakçılarını müəllifi olduğu “Azərbaycanın müasir ekoloji problemləri və onların həlli yolları” konsepsiyası ilə tanış etmişdir.