“STARTAP ANLAYIŞI, RİSKLƏR VƏ DAYANIQLILIQ” MÖVZUSUNDA TƏLİM KEÇİRİLDİ

516
0
Share:

2024-cü il 24 may tarixində Milli Aerokosmik Agentliyi (MAKA) və Yeni Texnologiyaların İnkişafına Dəstək ictimai birliyinin (YTİD) birgə təşəbbüsü ilə gənc əməkdaşların innovasiya potensialının aşkarlanması, onların elm və qabaqcıl texnologiyalara əsaslanan ideya və təşəbbüslərinin inkişaf etdirilməsi məqsədilə MAKA-da Startap təlimi keçirilmişdir. 

Çıxış edən YTİD-nin sədri və “Hardware Startup”ları üzrə təlimçi Ceyhun Xəlilov qeyd etdi ki, Startap dedikdə, mövcud olmayan hər hansı bir ideyanın reallaşdırılması və ya daha əvvəldən mövcud olan hər hansı bir ideyanı ehtiyac halına gətirən inkişafa meyilli təşəbbüslər başa düşülür. Ceyhun Xəlilov ideyanı biznesə çevirmək, investorların maraqlarının cəlb edilməsinin yolları haqqında da əməkdaşları məlumatlandırdı. 

Sonra təlim diskussiya formasında davam etdirildi və bu cür təlimlərin davamlı keçiriləcəyi vurğulandı.

Share: