EKOLOGİYA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI “AZƏRBAYCANDA ƏTRAF MÜHİTİN SAĞLAMLAŞDIRILMASINDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ROLU” MÖVZUSUNDA ELMİ-PRAKTİKİ KONFRANSDA İŞTİRAK ETMİŞDİLƏR

224
0
Share:

        23-24 may 2024-cü il tarixlərində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Ekologiya İnstitutunun direktoru, professor Bəhram Əliyevin rəhbərliyi ilə  iki gün davam edən elmi-praktiki konfransda  Ekologiya İnstitutunun əməkdaşları fəal iştirak etdilər. Konfransın birinci günü Ekologiya İnstitutunun əməkdaşları işğaldan azad olunmuş ərazilərin ekoloji problemləri, Azərbaycanın təbii landşaftları, torpaq və su ehtiyatları, Azərbaycanın ətraf mühit problemləri, bioloji müxtəlifliyin qorunması, ekoloji monitorinq məsələləri, ictimai ekologiya və sağlamlıq problemləri, ağıllı ətraf mühit, yaşıl artım və yaşıl texnologiyalar məsələləri ilə və s. mövzularla bağlı çıxış etmişdilər. Həmçinin Bəhram Əliyev qeyd olunan konfransda Azərbaycanın müasir ekoloji problemləri və onların həlli yolları konsepsiyasını təqdim etdi.   

        Konfransın ikinci günü isə Ekologiya İnstitutunun əməkdaşları ekskursiyaya Altıağac Milli Parkına səfər ediblər.

Share: