“STARTUP” MÜSABİQƏSİNİN QALİBLƏRİ MÜKAFATLANDIRILDI

218
0
Share:

 

24 may 2024-cü il tarixində Milli Aerokosmik Agentliyinin (MAKA) yaradılmasının 50 illiyi münasibətilə keçirilən “STARTUP – 2024” müsabiqəsinin qaliblərinin mükafatlandırma tədbiri keçirilmişdir. 

MAKA-nın tabe təşkilatlarından müsabiqəyə ümumilikdə 14 Start-Up layihəsi daxil olmuşdur. Münsiflər heyətinin qərarına əsasən bu layihələr içərisindən qaliblər aşağıdakı kimi müəyyənləşdirilmişdir:

I yer – Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun “Zəfər” komandası; 

II yer – Kosmik Cihazqayırma Məxsusi Konstruktor Bürosunun “SHBCN Technology – ThreeBee” komandası;

III yer – Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun “Qələbə” komandası;

Qalib komandalara pul mükafatı, diplom və sertifikatlar təqdim olunmuşdur.

 

Share: