MİLLİ AVİASİYA AKADEMİYASINDA “PiLOTSUZ SİSTEMLƏR: SÜNİ İNTELLEKT, DİZAYN VƏ SƏMƏRƏLİLİK” ÜZRƏ BEYNƏLXALQ SİMPOZİUM KEÇİRİLİB

242
0
Share:

22 may 2024-cü il tarixində Milli Aviasiya Akademiyasında (MAA) “Pilotsuz Sistemlər: Süni İntellekt, Dizayn və Səmərəlilik” üzrə beynəlxalq simpoziumun (“International Symposium on Unmanned Systems: AI, Design and Efficiency” (ISUDEF’24) açılış mərasimi olub. Simpoziumda səkkiz xarici ölkədən 70-dən çox nümayəndə iştirak edib. Həmin simpoziumda Milli Aerokosmik Agentliyinin baş direktoru, professor Natiq Cavadov və ETAİİ-nin Alternativ energetika şöbəsinin rəisi Vüsal Hüseynov da iştirak edib.


Simpozium MAA, Beynəlxalq Dayanıqlı Aviasiya və Enerji Tədqiqatları Elmi Cəmiyyəti (SARES), Türkiyənin Eskişehir Texniki Universiteti və İstanbul Ticarət Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.

Simpoziumu giriş nitqi ilə açan MAA-nın birinci prorektoru professor Ədalət Səmədov beynəlxalq simpoziumun iştirakçılarına MAA-nın rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayevin adından səmimi salamlarını çatdırıb və simpoziumun işinə uğurlar arzulayıb.

Qısa bədii hissədən sonra simpozium Eskişehir Texniki Universitetinin rektoru, professor Adnan Özcan və İstanbul Ticarət Universitetinin rektoru, professor Abdulhamit Avşarın salamlama nitqləri ilə davam edib. Rektorlar tərəfindən müasir mülki aviasiya sahəsində pilotsuz sistemlərin tətbiqinin günü-gündən sürətlənməsi, eyni zamanda, bu sahədə süni intellekt texnologiyalarının tətbiqi hesabına səmərəlilik göstəricilərinin yüksəlməsi tendensiyalarının müşahidə edilməsi haqqda məlumat vermişlər.

Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, AMEA-nın akademikləri və digər rəsmi şəxslər iştirak ediblər. 

Share: