9 may 2024-cü il tarixində Bakı “Winter Park Otel”də “Türk iş adamları ilə işgüzar görüş” keçirilmişdir. Görüşdə Milli Aerokosmik Agentliyini (MAKA) Elmi-texniki əməkdaşlıq və beynəlxalq əlaqələr şöbəsinin rəisi Sənan Ağazadə təmsil etmişdir. İşgüzar tədbirdə “Kul Elektronik Texnolojileri”, “Keşik ArGe” (Tədqiqat və İnkişaf) kimi türk şirkətləri iştirak etmişlər. “Kul Elektonik Teknolojileri” şirkətini Basri Kul, “Keşif ArGe” şirkətini isə Bülent Akyürek təmsil etmişdir.
Kul Elektronik Teknolojileri şirkəti 2008-ci ildə dizayn, proqram təminatı və ArGe komandası ilə xüsusi təyinatlı elektron dizayn, tibbi yönümlü görüntüləmə və proqram təminatı sektorunda fəaliyyətini davam etdirmək məqsədilə Uludağ Universiteti Texnoloji İnkişaf Bölməsinin daxilində yaradılmışdır. Şirkətin missiyası hər növ xüsusi elektron dizaynlarını, sənaye avtomatlaşdırma texnologiyalarını, tibbi görüntüləmə sistemlərini və xüsusi proqram təminatını inkişaf etdirməkdən ibarətdir. Sənan Ağazadə ilə Basri Kul arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılmış, gələcəkdə həyata keçiriləcək layihələrlə bağlı bir sıra təkliflər müzakirə olunmuşdur. Daha sonra Keşif ArGe şirkətinin İdarə Heyətinin sədri Bülent Akyürek ilə görüş keçirilmiş və işgüzar söhbət aparılmışdır.