2023-CÜ İLİN ƏN YAXŞI MÜƏSSİSƏSİ

271
0
Share:

Milli Aerokosmik Agentliyinin Kosmik Cihazqayırma Məxsusi Bürosu əmək şəraitinin yaradılması üzrə 2023-cü ilin ən yaxşi müəssisəsi seçildi.

7 may 2024-cü il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfedetasiyasında (AHİK) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilmiş “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2023-cü ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir. Tədbirdə qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunmuşdur. 

AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyev bildirdi ki, AHİK-in müsabiqə komisiyyasına 2560-dan artıq müəssisə, təşkilat, istehsalat sahəsindən 291-nin sənədi daxil olub. 

Share: