Azərbaycan Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı və Milli Aerokosmik Agentliyi Həmkarlar İttifaqı Təşkilatının xətti ilə 20 aprel 2024-cü il il tarixdə Milli Aerokosmik Agentliyi Kosmik Cihazqayırma Məxsusi Konstruktor Bürosunun 40 əməkdaşı Azərbaycan xalqının qəlbində özünəməxsus yeri və dəyəri olan Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər etmişdilər.
Onlar işğaldan azad edilmiş ərazilərdə erməni vəhşiliyinin qurbanı olan kəndlər, dağıdılmış məzarlıqlar və mədəni-tarixi nümunələrlə tanış olmuşdular.
Səfər çərçivəsində Cıdır düzü, Qala divarları, Gəncə qapısı, Molla Pənah Vaqifin türbəsi, İsa bulağı və bir sıra tarixi-mədəni abidələr, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstləri ziyarət edilmişdir.
Şuşada aparılan quruculuq işləri və digər tikililərin bərpa-rekonstruksiya işləri ilə tanış olan agentliyin əməkdaşları elm və mədəniyyət mərkəzi olan şəhərin tarixi məkanlarında foto və video çəkilişlər etmişdilər.
Şəhərin ekskursiyasından sonra ziyarətçilər öz təəssürratlarını bölüşmüşdülər. Çıxış edənlər 30 il müddətində şəhərin işğal altında qalmasının hər bir azərbaycanlı üçün böyük kədər və ağrı olduğunu, nəhayət Vətən müharibəsi nəticəsində Ali Baş Komandanın başçılığı ilə Şanlı Azərbaycan Ordusunun bu üzgünlüyə son qoyduğunu demişdilər. Bu böyük qələbəyə görə Şəhidlərə, Qazilərə borclu olduğumuz bildirilib və torpaqlarımızın azad edilməsi uğrunda canından keçənlərin ruhu sayğı ilə yad edilmişdir.