Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu ilə Milli Aerokosmik Agentliyin Ekologiya İnstitutu arasındakı əməkdaşlıq razılaşmasına əsasən “Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında ekoloji cəhətdən təhlükəsiz olan nanotexnologiyanın tətbiqi” mövzusunda tədqiqat işləri aparılır.
17 – 19 aprel 2024-cü il tarixlərində Nanotexnoloji tədqiqatlar şöbəsinin əməkdaşları – Şöbə rəisi f-r.e.n dosent Kazımov Nəsimi, rəis müavini İsmayılova Lamiyə, elmi işçi Əhmədova Hicran Meyvəçilik və Çayçılıq İnstitutunun Zərdabi adına elmi təcrübə bazasında yerləşən təcrübə sahəsində olmuşlar. Tədqiqatçılar onlar üçün ayrılmış sahədə 2024-cü il üçün elmi tədqiqat işlərini gilas bitkisinin “Early Burlat” sortu üzərində yerinə yetirmişlər. Məhsuldarlığın artırılması məqsədi ilə nanogübrələrin tətbiqi üzrə elmi-tədqiqat işlərinin aparılması prosesi davam edir.