18 aprel 2024-cü il tarixində Milli Aerokosmik Agentliyində iddiaçı Nazilə İsaq qızı Məmmədovun 2426.01 – “Ekologiya” ixtisasında “Köhnə neft yataqlarında çıxarılan lay sularının ekoloji idarə olunmasında yeni sinif nanokompozitlərin tətbiqi (Siyəzən neft yataqlarının timsalında) mövzusunda “texnika” elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçirilmişdir.
Ekologiya İnstitutunun direktoru, texnika elmlər doktoru, professor Bəhram Əliyevin sədrlik etdiyi seminarda rəyçi texnika elmlər doktoru, professor Əbülfəz Babayev və agentliyin əməkdaşları iştirak etmişdir.
İddiaçı dissertasiya işinin aktuallığı, tədqiqatın məqsədi və vəzifələri, əsas elmi yenilikləri haqqında seminar iştirakçılarına qısa məlumat verərək, verilən sualları cavablandırmışdır.
İddiaçının elmi rəhbərləri ADNSU-nun “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi Tədqiqat Laboratoriyasının kimya elmlər doktoru Bəybala Usubaliyev (dünyasını dəyişib) və “Siyəzənneft” Neft və qaz çıxarma idarəsinin “Layların, quyuların tədqiqi və istehsalat işləri” sahəsinin rəisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fəxrəddin Tacı oğlu Mürvətovdur.