05 aprel 2024-cü il tarixində Milli Aerokosmik Agentliyində (MAKA) Elmi-Texniki Şuranın növbəti iclası keçirilmişdir.
Elmi Şuranın sədri, MAKA-nın baş direktoru, professor Natiq Cavadov iclası giriş sözü ilə açaraq, Şura üzvlərini salamladıqdan sonra gündəlikdəki məsələlər barədə məlumat verdi.
İclasda Milli Aerokosmik Agentliyinin 50 illik yubileyi ilə əlaqədar tədbirlərin icra vəziyyəti və yubiley kitabının redaksiya heyətinin stimullaşdırılması barədə Elmi tədqiqat işlərinin koordinasiyası və yaradılma şöbəsinin rəisi Natiq Kərimovun məruzəsi dinlənildi.
Daha sonra “Məsafədən zondlama metodları əsasında Xəzər dənizi tərəddüdlərinin kompleks monitorinq sisteminin yaradılması üzrə Dövlət Proqramı” və “Azərbaycanın müasir ekoloji problemləri və onların həll yolları Konsepsiyası” mövzuları üzrə Ekologiya İnstitutunun direktoru Bəhram Əliyev çıxış etmişdir.
Elmi Şuranın iclası cari məsələlərin məruzəsi ilə yekunlaşdı.