18 mart 2024-cü il tarixində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin (MAKA) və Elmi-Tədqiqat İnstitutunun (ETİ) aparıcı mütəxəssislərinin birgə iştirakı ilə agentliyin iclas zalında görüş keçirilmişdir. Tədbirdə MAKA-nın baş direktoru professor Natiq Cavadov, baş direktorun I müavini professor Tofiq Süleymanov, ETİ-nin direktoru professor Mürsəl Əliyev və digər istehsal müəssisələrinin əməkdaşları iştirakı etmişdir. Görüş zamanı silah sistemlərinin yaradılması, istismarda olan mobil texniki vasitələrin təkminləşdirilməsi, mövcud atəş sistemlərinin mobil vasitələrdə quraşdırılması istiqamətində yerinə yetirilmiş işləmələrin yüksək səviyyədə təqdimatı keçirilmişdir. Sonrakı mərhələdə həmin işləmələrin seçilməsinin və istehsalata təqdim edilməsi üçün tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.