MİLLİ AEROKOSMİK AGENTLİYİNDƏ XOCALI SOYQIRIMININ 32-Cİ İL DÖNÜMÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLDİ

671
0
Share:

Milli Aerokosmik Agentliyində Xocalı soyqırımının 32-ci il dönümünə həsr edilmiş anım tədbiri keçirilmişdir. 

Tədbiri giriş sözü ilə açan MAKA-nın baş direktoru, professor Natiq Cavadov qeyd etdi ki, Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qətliamların ən qeyri-insani olanı və dəhşətlisidir. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin — qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyil.

Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qocadır.

Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.

Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ümümmilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1 mart 1994-cü ildə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunması ilə bağlı xüsusi Fərman vermişdir. 

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfər nəticəsində Xocalı soyqırımı qurbanlarının, eləcə də digər şəhidlərimizin qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan tamamilə təmizləndi. Dövlət başçısı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Dövlət Bayrağını ucaltmaqla soyqırım qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını bir daha sübuta yetirdi. 

Tədbirin sonunda MAKA-nın inzibati ərazisində soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  

Share: