MİLLİ AEROKOSMİK AGENTLİYİNDƏ DİSSERTASİYA İŞİNİN İLKİN MÜZAKİRƏSİ KEÇİRİLMİŞDİR

578
0
Share:

13 fevral 2024-cü il tarixində Milli Aerokosmik Agentliyinin doktorantı Qurban Müşfiq oğlu Məmmədovun 3337.01 – “İnformasiya-ölçmə və idarəetmə sistemləri” ixtisasında “Təsvirləri affin çevrilmələrinə invariant tanıyan sistemin səhihliyinin artırılması” mövzusunda texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissetasiya işinin ilkin müzakirəsi keçirilmişdir. 

Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru, texnika elmləri doktoru, professor Elçin İsgəndərzadənin sədrlik etdiyi iclasda rəyçilər texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Rəhimov, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Akif Xıdırov və agentliyin əməkdaşları iştirak etmişdir. 

İddiaçı, dissertasiya işinin elmi aktuallığı, tədqiqatın məqsədi və vəzifələri, əsas elmi yenilikləri haqqında iclas iştirakçılarına qısa məlumat verərək, verilən sualları cavablandırmışdır. 

Sonda dissertasiya işinin texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Ali Attestasiya Komissiyası tərəfindən dissertasiya işinə qoyulan tələblərə cavab verdiyi qeyd olunub və müdafiənin növbəti mərhələsinə buraxılması tövsiyə olunmuşdur. 

Doktorantın elmi rəhbəri ADNSU-nun “Cihaz mühəndisliyi” kafedrasının sabiq professoru texnika elmləri doktoru, professor Rəhim Məmmədovdur. 

Share: