Türkİyə kosmonavtının kosmosa səyahətİ bu gecə başlayır

340
0
Share:

İlk türk kosmonavtı Alper Gezeravcının yaxın saatlarda kosmosa səyahəti başlayacaq.
Yeniavaz.com
 Türkiyə KİV-ə istinadla xəbər verir ki, “Ax3” missiyası Bakı vaxtı ilə yanvarın 17-dən 18-nə keçən gecə saat 02:11-də yerdən qalxacaq.

Türkiyənin insan iştirakı ilə həyata keçiriləcək ilk kosmos missiyası çərçivəsində Alper Gezeravcı Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək.
Missiyanı kosmosa “Axiom Space” şirkəti “Crew Dragon” kosmik gəmisi vasitəsilə qaldıracaq. Kosmik gəmi Floridadakı Kennedi Kosmik Mərkəzindəki qalxacaq və Beynəlxalq Kosmik Stansiyaya uçacaq. Missiya başa çatdıqdan sonra o, okeana düşəcək.
Qeyd edək ki, missiyanın kosmosa qalxış tarixi ilk dəfə yanvarın 9-na planlaşdırılsa da, əlverişsiz hava şəraiti səbəbilə bu proses yanvarın 17-nə təxirə salınıb.
Mənbə

Share: