Milli Aerokosmik Agentlik ilə “Yeni texnologiyaların inkişafına dəstək” ictimai birliyi arasında bağlanmış əməkdaşlıq memorandumuna əsasən ictimai birliyin nümayəndələri ilə ETAİİ-nin mütəxəssisləri arasında görüş keçirilmişdir.
Görüş zamanı tərəflər birgə olaraq apara biləcəkləri elmi-tədqiqat işlərini müzakirə etmiş və ölkəmizin müdafiə sənayesi üçün aktual olan bir problem məsələnin təşəbbüs mövzusu olaraq bərabər tədqiq edilməsi üçün qərar qəbul etmişlər.