XÜSUSİ KONSTRUKTOR BÜROSUNDA İCLAS KEÇİRİLMİŞDİR

290
0
Share:
22 dekabr 2023-cü il tarixində Milli Aerokosmik Agentliyinin Xüsusi Konstruktor Texnoloji Bürosunda Elmi-Texniki Şuranın növbəti iclası keçirilib. İclasda MAKA-nın baş direktorun I müavini Tofiq Süleymanov , Maka Müdafiə təyinatlı məmulatların yaradılması bölməsinin rəisi Ədalət Çobanov və elmi-texniki şuranın üzvləri iştirak edirdilər. İlk öncə baş direktorun I müavini Tofiq Süleymanov iclas iştirakçılarını salamladı. 2023-cü ildə Xüsusi Konstruktor Texnoloji Bürosunda yerinə yetirilmiş elmi – tədqiqat və təcrübi – konstruktor işləri barədə müəssisənin direktoru Sədi İsmayılov məlumat verdi. Sonra mövzu icraçıları 2023-cü ildə yerinə yetirdikləri mövzular haqqında və əldə edilmiş nəticələr barədə slayd formasında təqdimat edərək məlumat verdilər .
Daha sonra MAKA-nın baş direktorun I müavini Tofiq Süleymanov növbəti il üçün nəzərdə tutulan mövzularla bağlı bir sıra tapşırıqlar verdi. Təkliflərlə bağlı elmi şuranın üzvləri tərəfindən müzakirələr aparıldı və sonda MAKA-nın baş direktorun I müavini tərəfindən təkliflər səsə qoyuldu və yekdilliklə qəbul olundu.
Share: