MİLLİ AEROKOSMİK AGENTLİYİNDƏ ELMİ-TEXNİKİ ŞURANIN İCLASI KEÇİRİLMİŞDİR

487
0
Share:

   15 noyabr 2023-ci il tarixində Milli Aerokosmik Agentliyində Birləşmiş Elmi-Texniki Şuranın növbəti  iclası keçirilib. İclasda MAKA-nın baş direktoru, professor Natiq Cavadov və cari ildə doktorantura səviyyəsinə qəbul olunmuş doktorantlar, elmi-texniki şuranın üzvləri iştirak edirdilər. İlk öncə baş direktor, professor Natiq Cavadov iclas iştirakçılarını salamladı. Sonra isə  MAKA-nın doktorantura və dissertantura üzrə baş mütəxəssisi, texnika üzrə fəlsəfə doktoru Amidə Əliyeva Şuranın gündəliyinə çıxarılan aşağıdakı məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb. Professor Natiq Cavadov doktoranturaya daxil olmuş 20 nəfərin dissertasiya işlərinin mövzularını və elmi rəhbərləri (məsləhətçilər) məsələsini müzakirəyə qoydu. Mövzular səsverməyə qoyularaq yekdilliklə qəbul edildi. Bu il MAKA üzrə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 20 nəfər qəbul olunmuşdur, 3 namizəd elmlər doktoru hazırlığı üzrə dissertant kimi fəaliyyət göstərmək üçün ərizə ilə müraciət etmişdir.

   Daha sonra, baş direktorun 1-ci müavini, texnika elmləri doktoru, professor Tofiq Süleymanov Milli Aerokosmik Agentliyinin nəzdində yaradılmış Dissertasiya Şurasının fəaliyyətinin təşkili və qarşıda duran məsələlər haqqında məlumat verdi. İclasın sonunda isə müxtəlif cari məsələlər müzakirə edilmişdir.



Share: